ŞİNMONTAJ
Yaxşı servisin sirri - təmin edilən xidmətlərin keyfiyyəti və avadanlıqların dəqiqliyidir. Təəssüf ki, şinmontaj emalatxanaların sahibləri avadanlıqların vəziyyətini lazımı qaydada yoxlamırlar. Bundan əlavə, "yolkənarı servizlər" istifadəyə yararsız avadanlıqlardan istifadə edirlər.
Məsələn, Hoffmann balans dəzgahları hətta 5 qramı keçməyən normativlərə malikdirlər. Və əgər xata icazə verilən normaları aşarsa, məsuliyyətli şirkətlər bu avadanlıqdan dərhal azad olurlar, və onlar əksər hallarda garaj və yolkənarı şinmontajlar tərəfindən çox aşağı qiymətə alınırlar. Ancaq yanlış işləyən dəzgah yanlış nəticələr göstərir və yenidən balanslaşdırma lazım ola bilər.
Avtomobil şinləri sabit yüklərə məruz qalır və düzgün quraşdırılmamış şinlər daha tez aşınır və yol qəzalarına səbəb olurlar. Bu səbəbdən, şinmontaj məntəqəsini seçdikdə, onun mütəxəssislərinin səlahiyyətləri və peşəkarlıqlarına əmin olmaq lazımdır. Radius şirkəti, ən müasir avadanlıqlarda, təcrübəli peşəkarlar tərəfindən görülən şinmontaj xidmətini təklif edir.
Radius müasir serviz mərkəzinin mütəxəssisləri, şinmontaj işlərini yerinə yetirərkən, yüksək keyfiyyətli istehlak materiallarından istifadə edirlər. Keyfiyyətli şinmontaj sayəsində şassinin istismar müddəti artır, rahatlıq göstəriciləri və ümumiyyətlə avtomobilin bütün istismar xüsusiyyətləri yaxşılaşır. Avtomobilə xidmət, video nəzarət kameralarının qeydiyyatı altında həyata keçirilir.
İşçilərin peşəkarlığı, müasir materiallarda, ən yaxşı təmir alətlərdən və avadanlıqlardan istifadə edərək, müştərilərilərimizə premium səviyyədə şinmontaj xidməti ilə təmin edirik! Radius şin mərkəzində həyata keçirilən bütün şinmontaj` işlərinə zəmanət verilir.
İNSPEKSİYA
Təkərlərin vəziyyətini müəyyən etmək üçün Radius "İnspeksiya" adlı xidmət təklif edir. Bu xidmət vizual yoxlama və xüsusi ölçü cihazları vasitəsi ilə peşəkar texnik tərəfindən həyata keçirilir. İnspeksiya aşağıdakı göstəriciləri müəyyən etmək üçün həyata keçirilir:
Aşınma səviyyəsi və dəyişdirmə ehtiyacı;
Təkərlərin yerdəyişməsi;
Əyləc məsafəsinin nisbi vəziyyəti;
Zədələrin olması;
Təmir nöqtələrinin mövcudluğu;
Avtomobil modelinə şin təyinatının, ölçülərinin və digər parametrlərin uyğunluğu;
Quraşdırmanın düzgünlüyü;
Mövsümlüyün uyğunluğu;
Nasazlığın olmağı.
Göstəricilərin ölçülməsi və müqayisə edildikdən sonra, avtomobil sahibinin, şinlərin vəziyyətini, onların dəyişdirilməsi və ya nasazlıqların aradan qaldırılması üçün aparılan növbəti prosedurları dəqiq başa düşmək üçün, texniki ekspert tərəfindən bir rəy yaradılır.
BALANS
Təkər balansı - əhəmiyyətli bir işdir, çünki balanssızlıq çox təhlükəli bir fenomendir. Təkərlərin balansı olmadan, avtomobilin idarə olunması çətinləşir, təkərlər vaxtından əvvəl aşınmaya məruz qalır, sükan və asqı "laxlayır". Disbalans kənar səslərin əələ gəlməsi ilə ifadə olunur, bəzən də kuzanın və sükanın vibrasiyasıda hiss olunur. Təkər balansı vaxtında yerinə yetirilmirsə, qəza riski artır, avtomobilin texniki göstəricisi pisləşir. Yaxşı balanslı şinlər, əksinə, daha uzun müddət istifadə edilir və komfortlu hərəkət üçün şərait yaradır. Hesab edilir ki, təkərlərin balansını hər 5000 km-dən sonra yoxlamaq lazımdır.
Bir çox sürücülər təkər balansı kimi sadə prosedurun əhəmiyyətini düşünmür və ona lazımı diqqət yetirmirlər. Əslində, şinlərin və disklərin düzgün balansı, avtomobil asqısının düzgün işləməsi və nəticədə onun (asqının) uzun ömürlüyü, təhlükəsizlik və hərəkət rahatlığına bağlıdır.
Təkərlərin balanslaşdırılması üsulları iki əsas növə bölünür - dinamik və statik, yəni "dinamik" və "statik" balansızlıqları aradan qaldırmaq deməkdir.
BALANS NÖVLƏRİ
Təkərin çəkisi fırlanma oxuna nisbətən bərabər paylandıqda təkər statik balanslaşdırılmış sayılır, statik balans olduqda isə, bu, ağır, balansladırılmamış bir yerin olduğunu göstərir. Belə təkərin fırlanma sürəti nə qədər çox artsa, statik balansızlıq dahada çox olacaq, yəni şin daha çox güc ilə yol səthinə «vurur», bunun nəticəsində təkcə təkərin deyil, asqının bütün hissələrinin laxlanmasına gətirib çıxarır.
Təkərlərin statik balansı şinmontaj şirkətlərinin ən çox göstərdiyi xidmətidir.
Təkərin çəkisi fırlanma müstəvisinə nisbətən bərabər bölüşdürüdüyü halda, təkər dinamik balanslaşdırılmış sayılır, yəni təkərin daxildən kənara və əksinə dönməsi imkanı olmur. Avtomobilin hərəkəti zamanı dinamik balansın pozulması zamanı, təkər fırlanma istiqamətinin müstəvisinə nisbətən yanaki laxlanma yaranır («Shimmy»). Yanaki laxlanma imkanı şin profilinin eninə mütənasibdir. Yani təkərin eni nəqədər çox alsa, dinamik disbalans o qədərdə çox mənfi təsir göstərəcək, daha dəqiq onun quraşdırılması həyata keçirilməlidir və daha diqqətlə balanslaşdırılma edilməlidir.
Avtomobil istehsalçıları təkərin balanslaşdırılmasını hər 20 min kilometr yürüşdə tövsiyyə ediirlər.
Hər halda, əvvəlcə statik, sonra isə təkər balanslaşdırma prosesini tamamlayan dinamik balans xidməti həyata keçirilir.
Rengli balansda, balans çəkiləri kimi dünya şöhrətli Alman firması “Hoffmann”-dan avtomobil tüninqı sevənlər üçün rəngli yapışan çəkilər da təqdim edilir. Onlar 5 fərqli rəngdə mövcuddur: qırmızı, sarı, qara, ağ, xrom.
Təkərlərin finiş balansı, bir qayda olaraq, ən məşhur istehsalçıların yeni yüksək səviyyəli avtomobillərinə də lazımdır. Bunun səbəbi təkərin dayaq elementlərində tez-tez görünən qalıq müvazinətsizlik. Tez-tez yüksək sürətlə avtomobili idarə edərkən, bu çox nəzərəçarpan və xoşagəlməz təkər disbalansını yaradır. Hər şeydən öncə, vibrasiya nəticəsində asqının və transmissiyanın hissələri tez bir zamanda yararsız hala gəlir və şinlərin aşınması yüksək dərəcədə artır. Məhz bu cür disbalansın aradan qaldırılması üçün təkərlərin finiş balansı mövcuddur.
Hər bir peşəkar şinmontaj servisi daimi və əlavə xidmətlər siyahısına malikdir. Radius şirkətinin təklifləri arasında, "finiş disbalansı" xüsusilə iştahaaçan görünür. Əslində, prosedur çətin bir şey deyil: avtomobil, finiş balansı dəzgahına qoşulan, disbalans sensorları ilə dayaqlar üzərinə yerləşdirilir ("finiş balanslaşdırıcı", peşəkar dildə). Dəzgah təkərləri 120 km/saata qədər fırladır və disbalans göstəricilərini qeyd edir. Bir zəruri şərt – finiş balansı edilən təkər təmiz, düz və balans edilmiş olmalıdır. Bütün mahiyyət, finiş balansın nəticələrinə görə, avtomobilin asqısının vəziyyətini qiymətləndirmək mümkündür. Misal üçün, disbalans 30 qramdan artıq olarsa, avtomobil servisə birbaşa yollanmalıdır!
Premium balansda, müxtəlif növ xüsusi çəkilər, dünya şöhrətli Alman firması “Hoffmann”-dan, konveer tipli avtomobil yığılmasında avtoistehsalçılar tərəfindən istifadə edilən balans çəkiləri istifadə olunur.
AZOTLA DOLDURULMA
Azot hava ilə müqaisədə bir sıra üstünlüklərə malikdir. O, inert bir qazdır, buna görə partlama təhlükəsi yoxdur. Azotun aşağı sızma dərəcəsi var, buna görə də avtomobilin, şinin deşilməsi zamanı, ehtiyat gedişi artır. Digər üstünlüklər: sabit təzyiq, yaşlanma prosesinin yavaşlaması, kordun korroziyasının qarşısının alınması.
Şinlərin azotla doldurulma xidməti avtomobilsevənlər və peşəkar sürücülər arasında daha populyarlaşır. Gəlin şinlərin doldurucusu kimi azotun istifadə edilməsinin üstünlüklərini nəzərdən keçirək.:
- Nahamar yol səthinin yumşaq və səlis keçəyin artırılması;
- Təkərlərin amortizasiyasının yaxşılaşdırılması və avtomobilin asqısına olan təzyiqin azaldılması;
- Avtomobilin idarə olunmasının yaxşılaşdırılması;
- Döngələri keçmə, yol kənarına çıxma və manevr zamanı stabilliyin yaxşılaşdırılması;
- Yol səthi ilə ilişmə qabiliyyətinin artırılması və əyləc məsafəsinin azaldılması;
- Şinin yol səthi ilə kontaktı zamanı səsin və vibrasiyanın azaldılması
- Avtomobilin sürətindən, yükündən və ətraf mühitin temperaturundən asılı olmayaraq, şin təzyiqinin dəyişməsinin əhəmiyyətli dərəcədə azaldılması;
- Yüksək yükləmə və temperaturda təkərlərin iş qabiliyyətinin artırılması;
- Şinlərin aşınmasının azaldılması və bərabərliyin təmin edilməsi;
- Çuxura düşmə, bordyura zərbə və s. zamanı diskin zədələnmə ehtimalının azaldılması;
- Diskin polad kordunun və materialının oksidləşmə proseslərinin istisna edilməməsi.
Bütün bunlar təkərlərin performansını artırmaqla yanaşı, hər hansı bir yolda Sizin təhlükəsizliyinizi təmin edir.
Hər kəsə məlumdur ki, bizi əhatə edən adi hava əsasən azotdan - 78% (N2) və 20% - oksigendən (O2) ibarətdir. Qalan 2% isə su buxarı da daxil olmaqla müxtəlif qarışıqlardan ibarətdir. Lakin, şin tamamilə azot ilə doldurulduqda bu, aydın bir üstünlük təşkil edir. Müasir azot generatorları 95-99% azotdan ibarət hava qarışığı istehsal edə bilirlər.
Şinlərin azot ilə doldurulmasının əsas üstünlüyü – yüksək təhlükəsizlikdir. Hər hansı bir sürücü, təzyiqli hava ilə doldurulmuş şinlərdə olan təzyiqin mövcud şin temperaturuna əsasən ciddi şəkildə dəyişdiyini bilir. Yay aylarında, təbii ki, bu təzyiq maksimum dərəcəyə çatır, bəzən şinlərin "partlayışı" əmələ gəlir. Əslində, oksigenin termal genişləndirilmə əmsalı eyni azot indeksindən 7 dəfə artıqdır! Minik avtomobilinin təkəri üçün, hərəkətdən sonra qızmış şinlərdə təzyiq 0,5-0,8 atm-ə çata bilər. Bu cür yükləmə altında, avtomobilin şini üzərində ən kiçik "dəbəlik" və ya ciddi bir kəsik hərəkət zamanı şinlərin parçalanmasına (şinlərin "partlaması") gətirib çıxara bilər. Ön təkər partladıqda isə qəza təhlükəsi çox yüksəkdir.
Azotun istilik genişlənməsi əmsalı çox aşağı olduğundan, eyni təkər üçün şinlərin qızması yalnız 0,1 atm təzyiq dəyişməsinə səbəb olacaqdır. Buna görə, yüksək sürətdə intensiv qızma zamanı "partlayış" riski bir neçə dəfə azalır.
Məs təhlükəsizliyi təmin etmək səbəbindən, Formula 1-dən tutmuş dövriyyə yarışlarına kimi, bütün idman avtomobillərinin şinlərini azotla doldururlar. Avropa ölkələrində, təhlükəsizlik səbəbləri ilə, neft emalı zavodlarının ərazisində hərəkət yalnız şinləri azotla. Doldurulmuş nəqliyyat vasitələrin hərəkitinə icazə verilir.
Ventilin dəyişdirilməsi (ventillər xaric)
Ventil şinlərinizin hermetikliyini təmin edən mühüm elementdir. Mərkəzdənqaçan qüvvələrin təsiri nəticəsində, avtomobilin 100 km/saat hərəkəti sürətində ventil 1,7 kq həcmində əhəmiyyətli gücə məruz qalır. Beləliklə, istismar zamanı ventil siklik yüklər altında yararsız hala düşür, "qocalır". Buna görə, şinlər dəyişdirildikdə ventillərdə dəyişdirilməlidir.
Təkərlərin yerdəyişdirilməsi
Təkərlər, avtomobilin istismar kitabçasındakı təlimatlara və ya təkər sənayesində hazırlanmış qaydalara uyğun olaraq, mütəmadi olaraq yerdəyişdirilməyə məruz qalmalıdırıar. Təkərlərin düzgün yerdəyişdirilməsi şinlərin aşınmasını bərabər etməyə kömək edir, həmçinin hərəkət rahatlığını artırır və səs səviyyəsini azaldır. Ekspertlər, aşınmanın əlamətləri olmadıqda belə təkərlərin hər 5000-8000 km-ə yerdəyişdirmə əməliyyatını etməyi təklif edirlər.
M/T şinlər olduqda
M/T kateqoriyalı şinlərin (Mud Terrain) şinmontajı zamanı, usta, böyük balans çəkilərini istifadə etməmək üçün fırlanma oxundakı təkər və şinin optimal kütlə nöqtəsini tapmaq üçün əlavə güc sərf edir. Buna görə bəzən prosesi bir neçə dəfə dayandırmaq və şini təkər diskinin ətrafında fırlatmaq lazımdır gəlir, bu da əlavə fiziki güc və vaxt tələb edir.
Alçaq profilli şinlər olduqda
Alçaq profilli şinlərin montajı zamanı, mütəxəssislərin peşəkarlığı və bacarıqlarına, eləcə də bu məqsədlə hazırlanmış xüsusi avadanlıqların mövcudluğuna əmin olmalısınız. Radius təkər mərkəzində avadanlıqların demək olar ki çoxusu (hamısı yox), yüksək dəqiqlik və səliqəlik tələb edən, alçaq profilli şinlərin quraşdırılması üçün nəzərdə tutulub.
ROF (Run on Flat) şinlər olduqda
ROF texnologiyası ilə şinlərin montajı zamanı, mütəxəssislərin peşəkarlığı və bacarıqlarına, eləcə də bu məqsədlə hazırlanmış xüsusi avadanlıqların mövcudluğuna əmin olmalısınız. Radius təkər mərkəzində avadanlıqların demək olar ki çoxusu (hamısı yox), yüksək dəqiqlik və səliqəlik tələb edən, alçaq profilli şinlərin quraşdırılması üçün nəzərdə tutulub.
UTİLİZASİYA
Utilizasiya – işlənmiş və lazımsız şinləri və ya təkərləri saxlayaraq, Radius onların emalını son dərəcə ekoloji cəhətdən səmərəli üsulla təmin edəcək.