Yokohama Geolandar H/T G056 şinlərin təkmilləşdirilmiş rezin qarışığı müxtəlif hava şəraitində təhlükəsizliyi təmin edir və şinlərin 4 mövsüm qabiliyyətlərini təsdiqləyir. Xüsusi polimerlər sayəsində şinlər, yaş və quru asfalt üzərində həm stabil, həm də etibarlı idarə olunma nümayiş etdirirlər. Bundan əlavə, Yokohama Geolandar H/T G056 şinləri, istənilən hava şəraitində elastikliyi və effektivliyi saxlamaq imkanına malikdirlər.
Modelin xüsusiyyətləri:
- İl ərzində yaxşı ilişmə qabiliyyəti;
- Zərbə təsirinə dayanıqlıq;
- Akvaplan effektinə yüksək müqavimət;
- Aşağı səs səviyyəsi.
Yokohama Geolandar H/T G056 şinlərinin dizaynında əsas yeniliklərdən biri üç qatlı brekerdi. Birbaşa protektor altında yerləşən bu elementin gücləndirilməsi, zərbə təsirinə dayanıqlığı yaxşılaşdırıb, bu isə öz növbəsində pis yollarda istismar müddətini əhəmiyyətli dərəcədə artırır.
Protektorun çiyin sahələrinin dizaynı əlavə uzunlamasına yerləşən qabırğalara malikdir. Onlar bir anda bir neçə funksiyanı yerinə yetirirlər. Bu funksiyalar, manevr etmə zamanı yüksək kurs stabilliyinin təmin edilməsi və səs səviyyəsinin azaldılmasıdır. Hərəkət prosesində, çiyin sahələrində yerləşən əlavə uzunlamasına qabırğalar mərkəzi hissədə bloklar tərəfindən yaranan kənar səslərin yayılmasına mane olurlar.