Yokohama Bluearth AE50 şinləri yığcam şəhər heçbeklərində, sedanlarda və krossover avtomobillərində yay zamanı istifadə üçün hazırlanıblar. Şinlər şəhər küçələrində hərəkət üçün maksimum şəkildə uyğundurlar. Şinlər, yüksək manevr etmə qabiliyyəti, asfaltla əla ilişmə qabiliyyəti, etibarlı sürətlənmə, aşağı əyləc məsafəsi və uzun istismar müddəti ilə seçilirlər.
Modelin xüsusiyyətləri:
- Yaxşılaşdırılmış ilişmə qabiliyyəti;
- Azaldılmış yanacaq sərfiyyatı;
- Aşağı səs səviyyəsi;
- Yaxşılaşdırılmış kurs stabilliyi
- Qısaldılmış əyləc məsafəsi.
Yokohama Bluearth AE50 şini balanslaşdırılmış istismar xüsusiyyətləri ilə seçilir. Bu bir neçə texniki həlli ilə təmin olunur. Onlardan biri - ikiqat protektordur. Alt baza təbəqəsi diyirlənmə müqavimətini azaldan və idarə olunmanı yaxşılaşdıran sərt bir mürəkkəbdən hazırlanır. Öz növbəsində, protektorun xarici hissəsi yüksək elastiklik ilə fərqlənir, bu da yaş yollarda ilişmə qabiliyyətini artırır, səlis hərəkət ilə təmin edir və səs səviyyəsini azaldır.
Üç geniş dairəvi kanallardan və çox sayda çiyin yivlərindən ibarət olan Yokohama Bluearth AE50 şinlərinin effektiv drenaj sistemi, protektorin altında olan böyük həcmdə suyu tez bir şəkildə çıxarır. Onun etibarlı işləməsi yağış zamanı avtomobilin yüksək təhlükəsizliyini təmin edir.
Təbii kauçuk əsasında xüsusi qatqıların istifadəsi protektor naxışının aşınmasını azaldıb və Yokohama Bluearth AE50 şinlərin isitsmar müddətini artırıb.