Viking FourTech – minik avtomobilləri üçün nəzərdə tutulmuş 4 mövsüm şinlərdir. İstənilən hava şəraitində əla ilişmə, qar və buz üzərində yaxşı dayanıqlıq və kecilik qabiliyyəti ilə seçilirlər.
Modelin xüsusiyyətləri:
- Güclü dartqı-ilişmə xüsusiyyətləri;
- Keyfiyyətli tormozlama;
- İstiliyə davamlı, möhkəm rezin;
- Yüksək istismar müddəti;
- Akvaplan effektinə dayanıqlıq.
Viking FourTech şinlərinin simmetrik istiqamətli protektor naxışı əla gediş xüsusiyyətləri, rezin tərkibi isə əla ilişmə keyfiyyəti ilə xarakterizə olunurlar. Mərkəzi qabırğaların əyri blokları quru, qarlı və buzlu yollarda dayanıqlı hərəkət etməyə imkan verirlər. Protektorun iri çiyin zonaları effektiv əyləcləmə və döngələrdə dayanıqlıq sabitliyini təmin edirlər. Əyləc xüsusiyyətlərinin gücləndirilməsi, rəqib markaların oxşar modelləri ilə müqayisədə əyləc məsafəsini 6% azaltmağa imkan yaradıb.