Riken 701 - yüngül yük avtomobilləri və kommersiya nəqliyyatı üçün nəzərdə tutulmuş 4 mövsüm şinlərdir. Bu model şinlər ilk növbədə böyük istismar müddətini təmin edən bərabər aşınma göstəricisi və zədələrə qarşı dayanıqlığı ilə fərqlənir.
Modelin xususiyyətləri:
- Böyük yürüş resursu;
- Zədələrə qarşı dayanıqlıq;
- Yol səthi ilə yaxşı ilişmə qabiliyyəti;
- Azaldılmış yanacaq sərfiyyatı;
Protektorun optimallaşdırılmış naxış dizaynı sayəsində şinlər istənilən hava şəraitində yüksək işçi xüsusiyyətlərini nümayiş edir. Drenaj sisteminin çox saylı qanovları suyun və sulu qarın öhdəsindən asanlıqla gələrək, onları təmas səthindən kənarlaşdırıb akvaplan hərəkətinin yaranma risklərini və qar üzərində sürüşməni azaldır.
Riken 701 şinlərinin xarici təzyiqi bütün təmas səthinə optimal paylayır, bu isə bərabər aşınma və avtomobilin rahat idarə olunmasına nail olmağa imkan verir. Bu şinin ən vacib üstünlükləri uzun istismar müddəti və yüklənməyə davamlılıqdır.
Riken 701 təkərləri kəsik və deşiklər kimi zədələrə qarşı yüksək dayanıqlığa malikdir.