Pirelli Scorpion Verde - minik avtomobilləri üçün hazırlanmış minik şinləridir. Model yüksək ekoloji, yanacaq qənaəti və akustik rahatlıq ilə fərqlənir.
Modelin xüsusiyyətləri:
- Aşağı yanacaq sərfiyyatı;
- Aşağı səs səviyyəsi;
- Aşınmaya dayanıqlıq;
- Ekoloji təmizlik.
Scorpion Verde – bu Pirelli'nin ən son yeniliklərindən biridir. Şinlər yüksək səviyyədə təhlükəsizlik və rahatlıq ilə yanaşı ətraf mühitə minimum təsir səviyyəsini təmin edə bilir. Onlar həm də yanacaq sərfiyyatını və CO2 tullantılarını azaldırlar. Bu şinlərin ekoloji təmizliyini onun «Green Perfomance» kateqoriyasına aid olması sübut edir.
Pirelli Scorpion Verde şinlərinin dizaynı, üç qabırğa və iki çiyin zonasına malik olan, istiqamətsiz asimmetrik protektor naxışı ilə fərqlənir. Bütün protektor ayrıca funksional zonalara malik olan dörd uzunasına drenaj yivlərinə bölünür, bunlardan, mərkəzdə yerləşən ikisi, protektorun kənarları boyunca yerləşən digər bir cüt yivlərdən xeyli genişdirlər. Profilin innovasiyalı dizaynı və yeni nəsil materialların istifadəsi diyirlənmə müqavimətini və şinlərin çəkisini azaltmağa imkan verib.
PRotektorun çiyin zonaları əyri bir profilə malikdir, bu da qeyri-bərabər aşınma müqavimətinin artmasına kömək edir, həm də döngələri keçmə zamanı ilişmə qabiliyyətini artırır. Çiyin sahələrinin xüsusi dizaynı deformasiya müqavimətini artırır və kurs stabilliyi göstəricilərini yaxşılaşdırır.