Dörd mövsüm şinləri Nitto Dura Grappler yolsuzluq, pikap və furqon avtomobilləri üçün uyğundurlar. Avtomagistrallarda hərəkət üçün nazərdə tutulublar, protektorun aşınmaya davamlığı və hərəkət zamanı rahatlığı özündə cəmləşdirirlər.
Modelin xüsusiyyətləri:
- Yaş yolda etibarlı ilişmə;
- Aşağı diyirlənmə müqaviməti;
- Yüksək yüklərə və zədələrə müqavimət;
Nitto Dura Grappler şinlərinin olduqca böyük çəkisi, yan divarlarda əlavə bir polad kordun olması ilə ortaya gəlir. Geniş uzunlamasına yivlər effektiv şəkildə kontakt sahəsindən suyu çıxardırlar, dalğa şəkilində lamelləl isə, blokların optimal sərtliyini saxlayaraq yaş yolda etibarlı ilişməni təmin edirlər.
Protektor blokları bir-birinə bağlı olduqlarından, şini sürətlə hərəkət zamanı sabitlik ilə təmin edir və blokların hərəkətliliyini və vaxtından əvvəl aşınmasını azaldır. Rezin qatqısının tərkibi aşağı diyirlənmə müqaviməti və asta aşınma ilə təmin edir. "Dura-Belt" texnologiyası (ölçülərdə LT hərfləri ilə qyd olunur) yüksək möhkəmlik və daha yaxşı idarə olunma üçün üçqat polad brekerdən ibarətdir. Diskin kənarını qorumaq üçün dayanıqlı doldurucu bağ və iri bort, Dura Grappler şinlərini yüksək yüklərə və zədələrə qarşı davamlı edir.