Michelin Primacy 4 şinlərində yüksək ilişmə qabiliyyətini əldə etmək üçün iki növ yivlər istifadə olunur; dördbucaq profilli və trapessiya formalı. Bu, gözəçarpan aşınma olduqda belə şin səthinin tez təmizlənməsini təmin edir. Beləliklə, həm yeni, həm də aşınmış (protektorun dərinliyi 2 mm. nəzərdə tutulur) vəziyyətdə olan Primacy 4 şinləri, yaş səthdə yüksək məhsuldarlığı təmin edirlər.
Modelin xususiyyətləri:
- Yivlərin eninin 22% artması, suyun drenajını sürətləndirməyə imkan verir;
- Yan hissədə aşınma göstəricisi və məlumat bölməsi olan müasir dizayn;
- Bütün ölçülərdə mövcud olan disk halqasından qorunması;
- Yoxlanılmış olan Michelin Total Performance texnologiyası ilə hərəkət hissələrinin balansı;
- Silikat əlavələrlə zənginləşdirilmiş müstəsna təbii və süni kauçukdan hazırlanmış rezin qarışıq.
Michelin Primacy 4 in bənzərsiz xüsusiyyətləri TÜV SÜD texniki nəzarət təşkilatı Michelin üçün keçirdiyi testlərlə təsdiqlənir. 2017-ci ilin iyun-iyul aylarında VW Golf 7-də quraşdırılmış Michelin Primacy 4 205/55 R16 91V şinləri 80-20 km/saat sürətində yaş əyləcləmə effektivliyi sınaqdan keçirildi.
Nəticədə, bilavasitə rəqiblərinin ortalama dayanma məsafəsi 0.9 metr daha uzun olduğu ortaya çıxdı. Aşınmış vəziyyətdə olan şinlər haqqında danışsaq, Primasy 4 -ün tormozlama məsafəsi rəqib şinlərdən 2.8 metr daha qısa idi.