Lassa Competus A/T 2 - tam ötürücülü yolsuzluq avtomobilləri və krossoverlər üçün nəzərdə tutulmuş 4 fəsil şinlərdir. Bu model şinlərin yüksək keçicilik qabiliyyəti, xarici zədələrə dayanıqlığı və möhkəmliyi ilə seçilir.
Modelin xususiyyətləri:
- Zədələnmədən qorunma;
- Yüksək keçicilik qabiliyyəti;
- Gücləndirilmiş yan divar;
Lassa Competus A/T 2 şinləri həm dərə-təpə, həm də asfalt üzərində istismar üçün yararlı eden A/T nişanı ilə markalanıb. Bu səbəbdən şin kəsik və deşiklər kimi mexaniki zədələrə qarşı dayanıqlığa və gücləndirilmiş yan divarlarına malikdir.
Hazır məhsulun keyfiyyəti şinin etibarlığını göstərir elektron nəzarətinin tətbiqi ilə yoxlanılır.
Lassa Competus A/T 2 təkərlərinin protektor naxışı özünün təmizlənməsinə imkan verən və xırda daşların ilişib qalmağına mane yaradan çoxsaylı lamellərlə tam ayrılmış iri damalardan ibarətdir.
Drenaj sistemi öz vəzifəsinin öhdəsindən asanlıqla gələrək sulu qar və palçığı təmas səthindən kənarlaşdırmaqla səfəri daha təhlükəsiz edir.