Kumho Crugen HP91 – koreya istehsalçışı tərəfindən, premium sinifinə aid yolsuzluq avtomobilləri üçün hazırlanmış yay şinləridir. Şin, mükəmməl istismar göstəriciləri və C-Cut 3D texnologiyası hesabına akvaplan effektinə yaxşılaşdırılmış dayanıqlığa malikdir.
Modelin xüsusiyyətləri:
- Mükəmməl rahatlıq;
- Aşağı səs səviyyəsi;
- Əla idarə olunma;
- Keyfiyyətli ilişmə qabiliyyəti;
Kumho Crugen HP91 şinlərinin istehsalında, yüksək dispersiyalı silika, orqaniksilisium turşusu və təbii kauçuk kimi əsas komponentləri olan, əyləc məsafəsinin azaldılması, effektiv ilişmə, davamlılıq, elastilik və aşınma müqavimətini təmin edən, modifikasiya edilmiş rezin tərkib yaradılmışdır.