İnjektor üçün yüngül təmizləyici
Injection Reiniger Light - yanacaq sisteminin çirklənməsinin ilkin əlamətləri: qeyri-stabil dövriyyə, dartqının azalması, mühərrikin işəsalma problemlərinin yaranması olduqda, təmizlənmək üçün istifadə olunur. Sistemi qurum, qatran və müxtəlif çöküntülərdən təmizləyir. Zərərli maddələrin tullantısını və yanacaq sərfiyyatını azaldır. İstənilən yanacaq püskürmə sistemi üçün istifadə olunur.
Minik avtomobillərində istifadə üçün rahat qablaşdırma - bir flakon 70 litrlik çən üçün kifayət edir.
İşçi qarışığı hazırlama sistemində, daxil-olma klapanlarında, dozatorlarda, forsunkalar və yanacaq-verilmə sisteminin digər konstruktiv elementlərində olan qurumları və çöküntüləri effektiv şəkildə təmizləyir. Dəqiq dozalama hesabına optimal qəbul və aşağı yanacaq sərfiyyatını təmin edir. Katalitik neytrallaşdırıcı olan mühərriklər üçün.
Injection Reiniger Light qatqısından istifadə edərək, hər hansı bir püskürmə sistemi olan benzin avtomobillərində yanacaq sisteminin çirklənməsi ilə əlaqədar olan problemləri aradan qaldırmaq mümkün olacaq.