Шина Goodyear EfficientGrip SUV şinləri əsasən asfalt yollarda işləmək üçün nəzərdə tutulublar, burada onlar ən yaxşı üstünlüklərini nümayiş etdirirlər. Bu, onların konstruksiyasında FuelSaving Technology texnologiyası ilə bağlıdır. Bu texnologiya maksimum yanacaq qənaətinə və şinlərin uzadılmış istismar müddətinə nail olmaq üçün nəzərdə tutulmuş texniki həllərin kompleksidir.
Modelin xüsusiyyətləri:
- Yanacaq qənaəti;
- Uzadılmış isitismar müddəti;
- Quru və yaş yolda qısadılmış əyləc məsafəsi;
EfficientGrip SUV modelin konstruksiyasının əsası - aşağı çəkili karkasdır. Qənaət, sintetik materialların daha geniş istifadəsi ilə təmin edilib. Eyni zamanda, yan divarların qalınlığı olduğu kimi, kordun qatlarının sayı da azaldılıb. "Tikişsiz" sarğı texnologiyasından istifadə edərək, şinlərin çəkisini 10%-dən çox azaldılıb. Yanacaq qənaətinə müsbət təsir göstərən istilik və diyirlənmə müqaviməti müvafiq olaraq dəyişib.