General Tire Grabber GT dörd fəsil minik şinlərinin əsas xüsusiyyətlərindən biri – onun olduqca dar bir sahədə istifadəsidir. Bu model güclü və sürətli yolsuzluq və krossover avtomobilləri üçün nəzərdə tutulduğundan əlavə olaraq, yalnız asfalt yollarda istismar üçün hazırlanıb.
Modelin xüsusiyyətləri:
- Yol şəraitindən asılı olmayar əla dartma-ilişmə qabiliyyəti;
- Döngələri keçmə zamanı yaxşı davamlıq;
- Yan sürüşmələrə qarşı mükəmməl müqavimət.
General Tire Grabber GT şinləri, aqressiv dizaynlı, asimmetrik və yönlü protektor naxışına malikdirlər. Onların xarakterik xüsusiyyəti, düz yollarda və döngələri keçmə zamanı, masimal effektivliyi təmin etmək üçün nəzərdə tutulmuş bir neçə funksional sahəyə bölünmələridir.
Deformasiyaya yüksək davamlı çox qatlı karkas və protektor naxışının beş qabırğalı strukturu sayəsində bu model hər hansı bir sürətdə mükəmməl kurs sabitliyini nümayiş etdirir. Bundan əlavə, praktiki olaraq onun mərkəzində geniş və eyni zamanda çox sərt uzunasına qabırğa var. Bunun sayəsində, General Tire Grabber GT şinləri, demək olar ki, sükan dönmələrinə dərhal reasiya verir, və bu idarə olunmaya idman xüsusiyyətləri bəxş etdirir.
"Ultra High Performance" şininə uyğun olaraq, bu model güclü çiyin zonaları ilə təchiz edilib. Protektorun bu hissəsinin böyüdülmüş ölçüləri sayəsində şin, yan sürüşməyə əla müqavimət göstərərək, döngələri yüksək sürətlə keçməyə imkan yaradır.