FAQ
Ən çox verilən suallar:
Sığorta təminatı ilə aşağıdakılar əhatə olunmur: —İstehsal qüsurları, istehsalçı zavod tərəfindən məhsulun yararsız olmasının sübut olunması şərtilə (məsələn, malların geri çağırılması) və ya bərpaedici təmir zamanı yol verilmiş qüsur səbəbindən dəymiş ziyan —Sığorta hadisəsi ilə birbaşa əlaqəsi olmayan ziyan —Sığortalı, Sürücü və ya Faydalan şəxsin qəsdən vurduğu ziyan —Nəqliyyat vasitəsini alkoqol və ya narkotik sərxoşluğu vəziyyətində və (və ya) toksik və ya sedativ təsirli preparatların və ya maddələrin təsiri altında olan şəxs tərəfindən idarə olunması zamanı dəyən ziyan —Yanğın təhlükəsizliyi qaydalarının və təhlükəli maddələrin və əşyaların saxlanması və daşınması qaydalarının pozulması zamanı dəyən ziyan —Nəqliyyat vasitəsinin və avadanlığın istehsalçı zavod tərəfindən nəzərdə tutulmuş istismar şərtlərini pozmaqla istismarı zamanı dəyən ziyan —Şinlərin üzərində olan protektorların dərinliyi "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanuna 1 Saylı Əlavənin V saylı bəndində (Təkərlər və şinlər) qeyd olunan ölçüdən az olduğu halda, şinlərə dəyən zərərə dair təminat verilmir |
—Nəqliyyat vasitəsini alkoqol və ya narkotik sərxoşluğu vəziyyətində və (və ya) toksik və ya sedativ təsirli preparatların və ya maddələrin təsiri altında olan şəxs tərəfindən idarə olunması zamanı dəyən ziyan
—Yanğın təhlükəsizliyi qaydalarının və təhlükəli maddələrin və əşyaların saxlanması və daşınması qaydalarının pozulması zamanı dəyən ziyan
—Nəqliyyat vasitəsinin və avadanlığın istehsalçı zavod tərəfindən nəzərdə tutulmuş istismar şərtlərini pozmaqla istismarı zamanı dəyən ziyan
—Şinlərin üzərində olan protektorların dərinliyi "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanuna 1 Saylı Əlavənin V saylı bəndində (Təkərlər və şinlər) qeyd olunan ölçüdən az olduğu halda, şinlərə dəyən zərərə dair təminat verilmir
—Quraşdırılmamış şinlərə dair zərərlər
—Şinlərin düzgün olmayan istifadəsi nəticəsində yaranan (offroad, avtomobil yarışları kimi yüksək sürətə çatmaq və s.)
—Təmiri mümkün olan şinlərə dair zərərlər
—Digər sığorta növü üzrə təminata daxil olan yol-nəqliyyat hadisələri nəticəsində yaranan zərərlər
—Sığortalıdan satın alınmayan şinlərə dair zərərlər
—Sığortalı tərəfindən qəsdən edilmiş qərəzli hərəkətlərin nəticəsində yaranan zərərlər
—Sığortalıya məxsus şinlərin zədələnməsinin artmasına səbəb olan hallar
—Nüvə partlayışı, radiasiya və radioaktiv çirklənmənin təsiri
—Hərbi əməliyyatların, habelə manevrlərin artmasına sabəb olan hallar
—Vətəndaş müharibəsinin, istənilən növ xalq iğtişaşlarının və ya tətillərin təsiri
—Sığortalanmış nəqliyyat vasitəsinin dövlət orqanlarının sərəncamı ilə müsadirəsi, alınması, rekvizisiyası, ona həbs qoyulması və ya məhv edilməsi
—Terrorizm və ya vandalizm
Sığorta riskləri:
"Tamamilə məhv olma (itirilmə)" - YNH, yanğın, sıçrayan və ya düşən əşyanın təsiri, təbii fəlakət, qanunazidd hərəkət, heyvanların hərəkətləri, torpaq altında qalma nəticəsində təkər şininin ciddi şəkildə deformasiyası və zədələnməsi, zədələnmiş təkər şininin tamamilə məhv olunmasına gətirib çıxaran texnogen qəza.
Sığorta obyektinin təsviri:
Minik nəqliyyat vasitələrinə quraşdırılmış təkər şinləri (Kateqoriaya B). Sığortaya 4 (və ya 5) şindən ibarət olan və yaxud 2 şindən ibarət olan dəstlər qəbul edilir, lakin 2-ci cüt şinlərin 1-ci cüt şinlər alındıqdan sonra 3 ay ərzində əldə edilməsi şərti ilə.
Sığorta müqaviləsi yalnız şinlərin alındığı tarixdən etibarən bağlanıla bilər və 1 il müddətində keçərlidir.
Sığorta məbləği və sığorta dəyəri:
Hər bir təkər şini üzrə sığorta məbləği hesab-fakturada qeyd olunan təkər şinlərinin faktiki dəyəri sayılır.
Sığortaçının məsuliyyətinin həddi:
Bir hadisə üzrə hər bir təkər şininə dəymiş zərərə dair sığorta dəyəri, lakin 4,000 AZN məbləğindən artıq olmaması şərti ilə.
Qeyd: Sığorta müddəti ərzində şinlər zədələnməyə məruz qaldıqda və onlar təmirə yararlı olduğu halda, Rema Tip Top firmasının normaları çərçivəsində "Radius Avtomobil Təkər Mərkəzi" tərəfindən təmir edilir.
Zədələnmiş şinlər digər təmir məntəqələrində təmir edildikdə, həmin şinlərin sığortası qüvvədən düşmüş hesab olunur.
Sığorta hadisəsi zamanı zərərçəkən şəxsə yalnız yararsız hala düşmüş təkərin dəyəri (həmin təkər üçün ödədiyi məbləğ) ödənilir.
Şərtsiz azadolma:
Tətbiq olunmur.
Sığorta ərazisi:
Azərbaycan Respublikası.
Şinin üzərindəki markalanma “şin ölçüsü” adlanır, və, misal üçün, belə görünür: 195/55 R16 87 V
195 göstəricisi - mm-lə ölçülən şin enidir.
55 göstəricisi - profilin hündürlüyünün eninə olan nisbətidir.
Adətən bu ölçü sadəcə “profil” adlanır.
Yuxarıda qeyd olunan misalda bu göstərici 195 mm olan şin eninin 55%-nə bərabərdir.
Əgər bu nisbət qeyd edilməyibsə (məsələn, 185/R14C), onda o 80-82% -ə bərabərdir və şin tam profilli adlanır.
R göstəricisi - radial kordlu avtoşin, 16 göstəricisi – diskin düymlə olan diametridir.
Bir çoxları səhvən R şinlərin radiusunun olduğunu düşünürlər, lakin bu, avtoşinlrin radial konstruksiyası deməkdir. Diskin düymlə diametri - şinin disk üzərinə olan "oturma" diametridir, yəni şinin daxili və ya diskin xarici ölçüsüdür.
V göstəricisi – sürət indeksi, 87 göstəricisi – şinin yük indeksidir.
Sürət indeksi (Si) nə qədər yüksəkdirsə, o qədər yüksək sürətlə hərəkət etmək mümkündür (bizim misalda - V - 240 km/saat).
Yük indeksi (Yi) – bir təkər üzərinə düşən maksimum yükün səviyyəsidir. Minik avtomobilləri üçün əlavə ehtiyyat ilə edilir və şinləri seçərkən həlledici bir dəyər daşımır (bizim misalda - 87 - 545 kq). Mikroavtobus və kiçik yük avtomobilləri üçün bu parametr çox vacibdir və onu mütləq nəzərə almaq lazımdır.
Markalanma üçün istifadə edilən rəngli işarələr.
Təkərin yan tərəfindəki sarı işarə (dairə və ya üçbucaq formasında) şinin ən yüngül yerini bildirir. Disk üzərinə yeni bir şin montaj edildikdə, sarı işarə diskdəki ən ağır yer ilə uyğun olmalıdır. Adətən, bu nippelin bağlandığı yerdir. Bu, təkər balansını yaxşılaşdırmağa və daha kiçik çəki quraşdırmağa imkan verir. İşlənmiş şinlər üzərində bu sarı işarə o qədərdə aktual deyil, çünki şinin istifadə olunduğu müddətdə onun balansı yerdəyişməyə məruz qalır.
Qırmızı işarə (şin üzərində qırmızı nöqtə) - maksimum müxtəlifcinslilik gücü olan yeri bildirir, təzahürü ümumiyyətlə şinin istehsalı zamanı müxtəlif qatlarının müxtəlif əlaqələri ilə bağlıdır. Bu müxtəlifcinslilik tamamilə normaldır və o bütün şinlərdə mövcuddur. Ancaq adətən, qırmızı nöqtələrlə yalnız avtomobillərin ilkin komplektasiyasında olan şinlər markalanır, yəni, maşın zavoddan çıxdıqda. Bu qırmızı işarə, təkərin mərkəzinə ən yaxın yeri göstərən, disklər üzərində ağ işarələr ilə uyğunlaşdırılır (disklərdə ağ işarələr də əsasən avtomobilin ilkin komplektasiyasında qoyulur). Bu, şindəki maksimum müxtəlifcinsliliyin minimal şəkildə hərəkətə təsir göstəriməsini və təkərin daha balanslı bir xüsusiyyətlərini təmin etmək üçün edilir. Adi şinmontaj zamanı, sarı işarəyə və onu nippel ilə uyğunlaşdırmağa riayət etmək, qırmızı işarəyə isə diqqət yetirməmək tövsiyyə edilir.