Castrol Transmax Dex III Multivehicle – General Motors (2005-ci ilə qədər) və Ford (1983-cü ildən 1996-cı ilə qədər) tərəfindən istehsal olunan, Dexron® (II və ya III) və ya Mercon spesifikasiya yağlarının tələb olunduğu avtomatik ötürmələr qutusunda istifadə üçün hazırlanmışdır. Bu məhsul, TES 389 keyfiyyət sinifli sürtkü yağları tələb olunan, Allison yüksək yüklü ötürmələr qutularında istifadə üçün təsdiqlənmişdir. Evropa istehsalı ticarət nəqliyyat vasitələrinin geniş çeşiddə avtomatik ötürülmələr qutularında istifadə üçün təsdiq edilmişdir. Bəzi hidrovlik sükan sistemlərində (SHG) istifadə edilə bilər.
Üstünlüklər:
- Çox sayda avtomobil istehsalçısının təsdiqlənmələri bu yağı müxtəlif tətbiqlərdə istifadə etməyə imkan verir;
- Xüsusi kompozisiya yüksək istilik müqavimətini və oksidləşmə müqavimətini təmin edir, bu da öz növbəsində yağın çöküntü yaratmasına və qatılaşmasına mane olur, transmissiyanın və yağının istismar müddətini uzadır;
- Optimal sürtünmə xüsusiyyətləri ötürmələrin hamar keçməsini və gücün effektiv şəkildə ötürülməsinə zəmanət verir;
- Yüksək qatılıq indeksinə görə, geniş bir temperatur aralığında davamlı qatılıq xüsusiyyətləri təmin olunur, bu da transmissiyaların effektiv qorunması və sükan hidrogücləndirici sistemlərinin etibarlı işləməsi ilə nəticələnir.
Uyğunluq və təsdiq:
- Allison C4
- Allison TES389
- MAN 339 Z1
- MAN 339 V1
- MB-Approval 236.9
- Voith H55.6335.xx
- Volvo Transmission Oil 97341
- ZF TE-ML 04D, 14A
- Meets Mercon®, Dexron® IIIH, Volvo Transmission Oil 97340