Bridgestone Dueler H/T 689 - istənilən yol şəraitində təhlükəsizliyi və etibarlığı təmin edən 4 fəsil şinləridir. Bu şinlər yüksək keçicilik qabiliyyətinə malik, pikap və krossover tipli avtomobillərinin əksər modelləri üçün nəzərdə tutulub.
Modelin xususiyyətləri:
- Hərəkət zamanı təhlükəsizlik;
- Yol səthi ilə əla ilişmə qabiliyyəti;
- Gücləndirilmiş yan divarlar;
Protektorun istiqamətsiz naxışı buz bağlamış, qarlı və digər növ yol səthi ilə əla ilişmə qabiliyyətinə nail olmağa imkan verir. Bridgestone Dueler H/T 689 şin protektorunun dizayn hazırlanmasında Uni-T texnologiyası tətbiq edilib. Bunun sayəsində şinlər həm quru həm də yaş asfaltda yol səthi ilə əla ilişmə qabiliyyətinə malikdir.
Şin protektorunun istehsalında aşınma müddəti ərzində uzununa böyüyən S-şəkilli lamellər istifadə edilmişdir. Bu özəllik əsasən qış mövsümündə hərəkətin təhlükəsizliyinə təsir edir.
Pikap və yolsuzluq avtomobilləri üçün nəzərdə tutulması və nahamar yol şəthi üzərində istismar nəticədə yüksək ağırlığa qarşı davamlı olması ilə əlaqədar bu şin modelinin yan divarları xeyli gücləndirilmişdi.