Alpine TSN 10w-40 - yaxşı axıcılıq xüsusiyyətinə malik yarım sintetik mühərrik yağıdır, tərkibində yağların sintetik komponentləri ilə müasir təmizlənmə texnologiyası ilə istehsal edilən əsas yağların üstünlüklərini birləşdirir. Mühərriklər üçün bu yağın köhnəlmə prosesi mühərrik içərisində maksimum icazə verilə bilən yağın istifadə müddətində müşahidə edilmir. Antioksidanlar və təmizləyici əlavələr qalıqların əmələ gəlməsinə mane olur: porşen və ventillər təmiz qalır, soyuq çöküntünün meydana gəlməsinin qarşısı alınır. Mühərrikdə sürtünmə itkisinin azalması əhəmiyyətli yanacaq qənaətini təmin edir, bu da ətraf mühitə az zərər verir. Buxarlanma zamanı aşağı itki faizi klapanlarda əmələ gələn çöküntülərin meydana gəlməsinə, çirklənmə və plyonkanın formalaşmasına mane olur və porşen halqaları üçün piston və yivlərin təmizliyini təmin edir.
Uyğunluq və təsdiqlər:
- ACEA A3-/B4
- API SN/CF
Tövsiyələr:
- MB-Freigabe 229.3
- VW-Norm 502.00/505.00
İstifadə qaydaları:
Alpine TSN bütün minik avtomobillərində istifadə üçün tövsiyə olunur (benzin və dizel), həmçinin turboüfürməli dizel mühərrikləri və katalitik çeviricilərli modellərdədə geniş istifadə olunur.
İstehsalçının təlimatlarına riayət edin!