Dizel yanacaq sisteminin təmizlənməsi üçün qatqı
Diesel System Cleaner plus bütün dizel mühərriklərində istifadə üçün yüksək performanslı bir məhsuldur, xüsusilə də "Common Rail" texnologiyası olan yüksək təzyiqli bibaşa püskürməli dizel mühərrikləri üçün hazırlanıb. Dizel sistemində nəmliyi xaric edir və yüksək təzyiqli nasosun effektiv qorunmasını təmin edir. Optimal yanacaq atomizasiyasını təmin edir və bütün yanacaq daşıyan hissələrini korroziyadan qoruyur.
Üstünlükləri
Artan sıxılma, mühərrik işinin yaxşılaşdırılması, yanacaq sərfiyyatının azaldılması.
İstifadə qaydası
Diesel System Cleaner plus hər yanacaq doldurmazdan əvvəl dizel çəninə əlavə etmək tövsiyyə olunur. 60-80 litr dizel üçün yetərlidir. Daha böyük tutumlarda hər 10 litr dizel yanacağına 50 ml əlavə edin.